Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir

14 may 2020 | 16:00

  Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra  Hakimiyyəti tərəfindən rayonda dezinfeksiya işləri davam etdirilir.
14 may 2020-ci il tarixində rayonun Buzovna qəsəbəsinin R.İmanov və M.Sübhi, Mərdəkan qəsəbəsinin Telman və B.Əliyev, Şağan qəsəbəsinin Məmmədbəyli,  H.Xanızadə, Məktəbli və N.Məmmədov,  Binə qəsəbəsinin Vaqif və Bünyadzadə, Türkan qəsəbəsinin Dənizkənarı, Şüvəlan qəsəbəsinin Sabir küçələrində və Zirə qəsəbəsinin “Yeni sahə”, Qala qəsəbəsinin “Sovxoz” adlanan ərazilərində dezinfeksiya işləri aparılmışdır.
  Bundan əlavə, xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə rayonun Binə qəsəbəsinin Ə.İsazadə, Vaqif, Mərdəkan qəsəbəsinin S.Yesenin, Şüvəlan qəsəbəsinin A.İldrım, Şimal DRES yaşayış massivinin L.Starçuk, Şağan qəsəbəsinin H.Xanızadə  küçələri xüsusi məhlulla yuyularaq dezinfeksiya edilmişdir.
   Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə və dayanacaqlarda da dezinfeksiy işləri aparılır.

Keçidlər