Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yeni tədris ilinin başlanğıcı qeyd edilmişdir.

17 sentyabr 2013 | 15:00

  Yeni tədris ilinin başlanğıcı, “Bilik günü” Xəzər rayonu ərazisində yerləşən bütün məktəblərdə təntənəli şəkildə qeyd edilmişdir. Belə tədbirlərdən biri rayonun Buzovna qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş 234 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov və Millət vəkili R.Əliyev  iştirak etmişdir.
         Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından söz açdı və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Xəzər rayonunun həyatında da əksini tapdığını vurğuladı: “İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. Həm də ən önəmlisi odur ki, millətin gələcəyi olan təhsilin tərəqqisi cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır”.
          Rayonun bütün məktəblərində 8-11-ci siniflərdə ilk dərs  “Mənim ölkəm, mənim şəhərim, mənim rayonum” mövzusunda vətənpərvərlik dərsi olmuşdur. Şagirdlərə son illərdə ölkəmizdə, şəhərimizdə, rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıdan ətraflı danışılmışdır.
        İlk dərsdə rayon rəhbərliyi, rayonun Millət vəkili iştirak etmişdir..

Keçidlər