Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifə səlahiyyətlərini aşmaq cinayətdir

13 may 2020 | 16:00

    Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi özünün inkişaf dövrünü yaşayır. Azərbaycanda qazanılan bütün nailiyyətlərin kökündə ölkə Prezidentinin müdrik siyasəti, gərgin əməyi, ən əsası da müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi dayanır. Azərbaycanda Respublika Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan tədbirlərin əsasını korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Məhz bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılmasına yönəlmişdir.
  Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Dövlət başçısı mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
     Ölkə Prezidentinin dövlət qurumlarına verilən tapşırıqların icrasına əsasən Xəzər Rayon icra Hakimiyyəti tərəfindən  qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət sahələrinin rəhbərləri iştirakı ilə video konfrans keçirilmişdir.
      Müşavirədə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri və xidmət sahələrinin rəhbərləri canlı bağlantı vasitəsilə fəaliyyətlərinə dair xidməti arayışlar verildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti ilə son dövrlər həyata keçirilən korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər və Xəzər rayonunda pandemiyanın yayılmasına qarşı mübarizə çərçivəsində görülən işlər, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə edilmişdir.
Eyni zamanda müşavirədə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinə, aparatın əməkdaşlarına sön dövrlər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baş vermiş neqativ hallarla bağlı məlumat verilmiş və bu hallara qarşı mübarizənin davamlı olacağı bildirilmiş və onlara fəaliyyətlərində əsaslı dönüş yaradaraq, şəffaflıq və dürüstlük şəraitində işləmələri tapşırılmışdır.

Keçidlər