Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan halların qarşısı qətiyyətlə alınır

13 may 2020 | 16:00

Azərbaycanda korrupsiya və rüşvətxorluqla çox ciddi mübarizə aparılır, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan halların qarşı qətiyyətlə alınır

   Azərbaycan Respublikasında ölkə rəhbəri tərəfindən 2018-ci ildən başlanmış idarəçilik islahatları gündən-günə daha da genişlənmiş, dövlət quruculuğu sahəsində şəffaflığa nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atdığı bütün addımlar onun strategiyasının əsas tərkib hissəsidir. Məmurlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət başçısı dəfələrlə deyib ki, məmurların əsas vəzifəsi xalqın xidmətində olmaq, xalq üçün işləmək və dövlətin siyasətini həyata keçirməkdir.
  Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan  bəzi vəzifəli şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir.
  Koronavirus pandemiyasının gətirdiyi təhlükələrə qarşı sistemli mübarizə təşkil edən ölkəmizin rəhbərliyi Azərbaycanın bu qlobal təhlükədən az itkilərlə çıxması üçün ardıcıl olaraq mümkün olan bütün tədbirləri həyata keçirir: “Prezident İlham Əliyevin ardıcıl və yorulmaz fəaliyyətinin sayəsində ölkəmizdə bu istiqamətdə əldə olunan müsbət nəticələr göz önündədir. Lakin təəssüflər olsun ki, bəzi dövlət orqanlarında çalışan məmurlar hətta bu ağır günlərdə belə öz çirkin əməllərindən əl çəkmirlər. Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama səbəblərindən həbs olunmuş Ağstafa,    Yevlax, Neftçala, Biləsuvar Rayon İcra hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
  Bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Bütün hüquq- mühafizə orqanları elə çalışmalıdırlar ki, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.
    Əminəm ki, bu istiqamətdə addımlar bundan sonra da davam etdiriləcək və Azərbaycan dövlətinin bütün strukturlarında zəruri islahatlar aparılacaq.

Keçidlər