Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ehtiyacı olan sakinlərə növbəti ərzaq yardımları paylanıb

12 may 2020 | 16:00

   Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.
  Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına qoşularaq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılır və onların problemləri dinlənilir.
  Ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu nəcib aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən mütəmadi olaraq rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir və sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunur.
  12 may 2020-ci il tarixində “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
   Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdən razılıq ifadə ediblər.

 

 

 

 

Keçidlər