Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Xəzər rayonda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik etmək üçün onların evlərinə baş çəkilib

09 may 2020 | 16:00

 Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər Rayon Təşkilatı birgə təşkilatçılığı ilə 9 May-faşizm üzərində Qələbənin 75-ci ildönümü  münasibətilə 9 may 2020-ci il tarixində Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, Xəzər RİH-nin şöbə müdiri Gülbala Qurbanovun iştirakı rayonda yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarını təbrik etmək üçün onların evlərinə baş çəkilib, onların sosial vəziyyətləri ilə maraqlanılıb və müharibə iştirakçılarına ərzaq məhsullarından ibarət bayram sovqatları verilib.
    Onlarla görüşdə ilk növbədə veteranlar Qələbə günü münasibətilə təbrik edilib, faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidmətlərindən və bu gön həmin müharibə veteranlarına olan dövlətin qayğılarından söz açılıb. Həmçinin bildirilib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb.
    Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.
   Bu gün veteranlara qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb.
Bundan əlavə, 9 May-Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan xatirə parkının yenidən qurulması barədə veteranlara məlumat verilib.
    Bildirilib ki, ümumi ərazisi 4800 kv metr olan xatirə parkında görülən işlər çərçivəsində park tamamilə yenidən qurulmuş, 1941-1945 Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış mövcud abidə kompleksi əsaslı şəkildə yenidən təmir olunmuş, mövcud bardürlər və səkilərdəki döşəməlik daşlar sökülərək yenisi ilə əvəzlənmiş, parkın gecə işıqlandırılması sistemi yenidən qurulmuş, yeni suvarma sistemləri quraşdırılmış, söhbətgahlar inşaa olunmuş, sakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılmış və əraziyə 670 m3 münbit torpaq tökülərək, yeni ağac və gül kolları əkilmişdir.
    Bundan əlavə, park və abidə kompleksi ilə yanaşı, onun yerləşdiyi ətraf ərazilər də abadlaşdırılmışdır.
Lakin mməlum koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərərgahın Qərarına əsasən ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə olan qadağalarla bağlı açılışı müvəqqəti olaraq təxirə salınıb.
    Xəzər rayonunda yaşayan Böyük Vətən Müharibəsi veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

 

 

Keçidlər