Xəzər Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib
7 may 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə RİH başçısının müavinləri, şöbə müdirləri iştirak ediblər.
Onlayn keçirilən müşavirəyə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət sahələrinin rəhbərləri də qoşulublar.
Müşavirədə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri və xidmət sahələrinin rəhbərləri canlı bağlantı vasitəsilə fəaliyyətlərinə dair xidməti arayışlar veridikdən sonra Xəzər rayonunda pandemiyanın yayılmasına qarşı mübarizə çərçivəsində görüləcək işlər, qarşıya qoyulmuş vəzifələrin icrası və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti ilə son dövrlər həyata keçirilən korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər, müzakirə edilib.
E.Salahov mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxunaraq, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması qərarından irəli gələn qaydalara riayət edilməsinə nəzarətin daha da gücləndirilməsi, sakinlər arasında təbliğat işinin mütəmadi aparılmasının vacibliyindən söz açıb.
RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş sərəncam və tapşırıqları, 600 min nəfərə 190 manat bir dəfəlik yardım verilməsini, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq yardımlarının edilməsinin əhali tərəfindən yüksək qarşılandığını bildirib.
Həmçinin, RİH başçısı tərəfindən Azərbaycan Respublikasında ölkə rəhbəri tərəfindən idarəçilik islahatlarının gündən-günə daha da genişlənməsi, dövlət quruculuğu sahəsində şəffaflığa nail olunması sahəsində görülmüş işlər müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Eyni zamanda müşavirədə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinə, aparatın əməkdaşlarına sön dövrlər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baş vermiş neqativ hallarla bağlı məlumat verilmiş və bu hallara qarşı mübarizənin davamlı olacağı bildirilmiş və onlara fəaliyyətlərində əsaslı dönüş yaradaraq, şəffaflıq və dürüstlük şəraitində işləmələri tapşırılıb.
Rayon rəhbəri tərəfindən bildirilib ki, Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər sosial statusundan asılı olmayaraq bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu gün bütün sahələrdə körülən işlərə nəzarət edilir, dövlət malına, xalqın əmlakına göz dikənlər öz cəzalarını alırlar. Dövlət Təhlükəziliyi Xidmətinin Aqstafada, Nefçalada, Biləsuvarda, İmişlidə, Mədəniyyət Nazirliyində və digər dövlət orqanlarında apardığı ifşaedici tədbirlər aparılan siyasətin bariz nümunəsidir, korrupsiyaya qarşı daha sərt tədbirlərin icra ediləcəyinə işarədir. Bu siyasət əhalinin narazı qaldığı məmurların islah olunmasına yönəlib. Biz əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq.