Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə onlayn müşavirə keçirib

02 may 2020 | 16:00

    Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə 2 may 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qəsəbə inzibati ərazi dairələri üzrə  nümayəndələrlə onlayn müşavirə keçirib.

  Video-müşavirə vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
   İcra başçısı həmçinin bildirib ki, qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmalıdır.
   E.Salahov onlayın müşavirədə iştirak edən Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinədə dislokasiyaya uyğun fəaliyyət göstərdikləri xidmət sahələrində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dezinfeksiya işlərinin gücləndirilməsi tapşırığını verib.
   Hər hansı bir neqativ hal baş verdiyi halda dərhal Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargaha məlumat verilməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

 

 

 

Keçidlər