Xəzər rayonunda aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilir
02 may 2020 | 03:00
Xəzər rayonunda Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.
01 may 2020-ci il tarixində “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan şəhid ailələrinə və bir qurup Qarabağ müharibəsi əlillərinə ərzaq məhsullarından ibarət yardımlar paylanılıb.
Xəzər rayon sakinləri bu xeyirxah aksiyaya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.