Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon ictimaiyyətin nümayəndələri Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın başlatdığı qanvermə aksiyasına qoşuldular

29 aprel 2020 | 16:00

   29 aprel 2020-ci il tarixində Xəzər rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında qan vermə aksiyası keçirilmişdir.
  İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi, Bələdiyyələr, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq qoşulmuşdur.

 

 

Keçidlər