Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Xəzər rayonunda aztəminatlı ailələrə sovqatlar paylanılıb

24 aprel 2020 | 16:00

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən  görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində Xəzər rayonunda yaşayan bir qrup aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb.
   Aksiya çərçivəsində RİİB könüllüləri və İcra Hakimiyyətinin əməkdaşları  tərəfindən rayonun Binə qəsəbəsində yaşayan bir sıra aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.
     Sakinlərə sovqatları çatdıran RİİB könüllüləri və Xəzər RİH əməkdaşları eyni zamanda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyenaya qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar veriblər.
     Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdən razılıq ifadə ediblər.

Keçidlər