Xəzər rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.
Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyini tərəfindən xüsusi texnika vasitəsilə rayonun Buzovna qəsəbəsinin Zuğulba şosesi (R.İmanov küçəsi), R.Axundov, A.Mirzəyev, Binə qəsəbəsinin, Ə.İsazadə, Xətai, R. Məmmədhüseynov və Xəqani, Mərdəkan qəsəbəsinin, S.Yesenin, Telman və B.Əliyev, Şüvəlan qəsəbəsinin, A.İldırım, L.Starçuk, Nizami, M.Ə.Sabir, S.Vurğun, İ.Muradov və Şağan qəsəbəsinin H. Xanızadə küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə, dayanacaqlarda və ticarət obyektlərinin ətrafında da dezinfeksiy işləri aparılır.