Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin açılış mərasimində iştirak etmişlər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 125 nömrəli orta məktəbə gediblər. Burada da görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Qeyd edilib ki, məktəb 1939-cu ildə inşa olunub. 2011-ci ildə dövlət başçısı bu məktəbdə olarkən yeni binanın inşa edilməsi barədə yerindəcə göstərişlər verib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məktəbin yeni binası yüksək standartlara uyğun şəkildə inşa olunub. 760 yerlik yeni məktəbdə hazırda 560 şagird təhsil alır. Məktəbin akt və idman zalları yüksək tələblər səviyyəsindədir. Bu məktəbdə də müasir kompyuter sinifləri yaradılıb. Təhsil müəssisəsi ən müasir avadanlıqla, işıqlandırma və istilik sistemləri ilə təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Burada görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, 1934-cü ildə inşa olunan məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun 400 şagird yerlik yeni korpus inşa olunub. Məktəbin bütün sinif otaqları ən müasir tələblər səviyyəsindədir. 1040 yerlik məktəbdə hazırda 870 şagird təhsil alır.
Dövlət başçısı və xanımı yaradılan şəraitlə yaxından tanış olublar. Yeni korpusda yüksək səviyyədə iclas və idman zalları qurulub, müasir işıqlandırma və istilik sistemləri yaradılıb. Məktəbin ətrafı abadlaşdırılıb.