Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda aztəminatlı ailələrə ərzaq paylarının verilməsi davam etdirilir

15 aprel 2020 | 16:00

    Xəzər rayonunda Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir.
    15 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Türkan qəsəbəsində yaşayan  30 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Bundan əlavə, "Sağlam Ailə" Tibb Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həmən ailələrə infeksiyadan qorunmaq üçün tibbi vasitələr (spirt və tibbi maskalar) və maarifləndirici çap materialları paylanılıb. Həmçinin, Xəzər rayonu üzrə fəaliyyət göstərən 26N-li BŞX-nın həkimləri üçün də 300 ədəd maska təqdim olunmuşdur.

 

 

Keçidlər