Xəzər rayonunda koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan aztəminatlı ailələrə ərzaq yardımları və infeksiyasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində 11 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünü idarəetmə orqanları (Bələdiyyələr) tərəfindən rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət yardım paylanılıb, onların problemləri dinlənilib.
Rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar da bu nəcib aksiyaya qoşulublar.
Rayon ərazisində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində dezinfeksiya işləridə mütəmadi olaraq aparılır.
Belə ki, Koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib.
Mütəmadi olaraq rayon ərazisində inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları və pilləkən qəfəsələri, lift kabinələri, məişət tullantıları üçün konteynerlər zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilir.