Xəzər rayonunda ahıl və xüsusi qayğıya ehtiyacı olan sakinlərə yardım paylanılıb
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də ölkə rəhbərinin yaşlı insanlarımızı qoruyaq çağırışına respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da birmənalı şəkildə əməl olunur.
Ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın hər yerində olduğu kimi, Xəzər rayonunda da bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
10 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun gənc könüllüləri və YAP Xəzər rayon təşkilatının fəal gəncləri tərəfindən rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan 50 ailəyə ərzaq məhsullarından ibarət yardım paylanılıb, onların problemləri dinlənilib.
Həmçinin, ərzaq sovqatı paylanılarkən vətəndaşlarla eyni zamanda maarifləndirici söhəbtlər aparılıb və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.