Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara, aztəminatlı ailələrə yardımlar davam etdirilir

08 aprel 2020 | 16:00

   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Xəzər rayonunda  yaşayan  tənha  və kimsəsiz insanların,  aztəminatlı ailələrin evlərinə mütəmadi olaraq baş çəkir,  onlara zəruri  ərzaq yardımları edilir.
  8 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və Millət Vəkili Rauf Əliyevin qərərgahının üzvləri tərəfindən Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya maddi ehtiyacı olan yüzlərlə rayon sakinini əhatə edib.
   Ərzaq paylarını qəbul edən rayon sakinləri bu xeyirxah addıma görə, ölkə rəhbərliyinə və Azərbaycan dövlətinə minnətdarlığını bildiriblər.

Keçidlər