Xəzər rayonunda tənha yaşayan ahıl sakinlər ziyarət olundu
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgahın ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı qərarına əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Bu məqsədlə, Xəzər Rayonu İcra Hakimiyyəti və yerli özünü idarəetmə orqanları (Bələdiyyələr) tərəfindən rayon ərazisində infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı tənha yaşayan sakinlər mütəmadi olaraq ziyarət olunur, onlara müxtəlif ərzaq məhsulları, lazımi tibbi ləvazimatlardan ibarət bağlamalar paylanılır və mövcud problemləri öyrənilir.
Xəzər RİH-nin əməkdaşları tərəfindən rayonun Türkan və Zirə qəsəbələrində həmin kateqoriyadan olan bir qrup sakin evində ziyarət edilib, onların problemləri dinlənilib və ərzaq yardımı göstərilib.
Həmçinin, ərzaq sovqatı paylanılarkən vətəndaşlarla eyni zamanda maarifləndirici söhəbtlər aparılıb və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.