Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Türkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirdi
Xəzər rayonunun Türkan qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 200 nəfər qəsəbə sakini iştirak etmişdir.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab G.İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonumuzda xüsusilədə Türkan qəsəbəsində iqtisadi inkişafın, irəliləyişin təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə gözə çarpan dərəcədə davam etdiyini vurğuladı.
Həmçinin İcra başçısı onuda qeyd etdiki, hazırda qəsəbədə Uşaq bağçasının və Diaqnostika Mərkəzinin tamamlama işləri aparılır və yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir.
Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.