Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Xəzər rayonunda xüsusi karantin rejiminə nəzarət gücləndirildi

31 mart 2020 | 16:00

      Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Xəzər rayonu ərazisində də operativ şəkildə icra olunur.
     31 mart 2020-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, başçının müavinləri və Aparatın məsul işçilərinin iştirakı ilə rayonun Mərdəkan, Şüvəlan, Buzovna və Binə qəsəbələrində olub, fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.    
      Həmçinin, sakinlərə spirt, tibbi maskalar, əlcəklər və maarifləndirici çap materialları paylanılıb.   
    Bununla barəbər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fəaliyyətlərinə məhdudiyyət müəyyən edilmiş bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Xəzər rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə müşahidələr aparılıb.  
     Eyni zamanda, Xəzər  Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət mobil qruplar rayon ərazisində küçələrdə və yaşayış binalarında intensiv şəkildə dezinfeksiya və Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası ilə bağlı əhali arasında ciddi maarifləndirmə-təbliğat işlərini gücləndiriblər.  

Keçidlər