Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda tənha yaşayan ahıl sakinlər ziyarət olundu

30 mart 2020 | 16:00

      Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanlara evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
    Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünü idarəetmə orqanları (Bələdiyyələr) tərəfindən rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı olan ahıl, kimsəsiz və ehtiyac içərisində yaşayan insanların evlərinə baş çəkilmiş, mövcud problemləri ilə maraqlanılmış, son günlər bəşəriyyətin bəlasına çevrilən koronavirus (COVİD-19) infeksiyasının dünyanın hər yerində olduğu kimi ölkəmizdə də yayıldığı barədə və ölkədə virusun yayılmasının qarşısının alınması ilə bağlı dövlət tərəfindən atılan lazimi addımlar barədə geniş məlumatlar verilmişdir.
    Həmçinin, yaranmış problemin aradan qaldırılması ilə bağlı həmrəy olub, tətbiq edilən karantin rejiminin qaydalarına əməl edərək vətəndaşların evdə qalmaları, zərurət olmadıqda evdən çıxmamaları xahiş edilmişdir.
    Bundan əlavə, həmin sakinlərə koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigeynik vasitələr və ərzaq məhsulları paylanılmışdır.
    Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdilər.

 

 

 

 

 

Keçidlər