Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

30 mart 2020 | 16:00

      Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Xəzər rayonunda da davamlı şəkildə icra edilir.
     Xəzər rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər aidiyyəti qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
    Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək,  özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, digər şəxslərlə minimum kontaktda olmaq istiqamətində maarifləndirmə işi aparırlar.
       Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.  
    Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri aparılır.

 

 

 

Keçidlər