Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid ailələrinə bayram sovqatı paylanılıb

19 mart 2020 | 16:00

   19 mart 2020-ci il tarixində xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının əməkdaşları tərəfindən rayonun bütün qəsəbələri əhatə olunmaqla bir qrup şəhid ailəsi ziyarət olunub, bayram sovqatı paylanılıb və gündəlik qayğıları ilə maraqlanılıb. 
    Şəhid ailələri ilə görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
     Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.  Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.

 

 

 

 

Keçidlər