Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir

19 mart 2020 | 09:52

      Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. 
     Bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də xüsusi Qərərgah yaradılaraq, öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın Qərar və təlimatlarına uyğun olaraq qurmuşdur.
   Görülən tədbirlər çərçivəsində, RİH-də fəaliyyət göstərən qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 454 24 77 nömrəli “Qaynar xətt” yaradılaraq, “Qaynar xətt” in nömrəsi RİH-nin rəsmi saytında və “facebook” səhifəsində yerləşdirilmişdir.
     Bundan əlavə, RİH-nin inzibati binasından başlayaraq, iş otaqlarında, zallarda və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, o cümlədən rayon üzrə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qrumlarında, sahibkarlıq subyektlərində, məscid və ziyarətgahlarda və digər xidmət sahələrində, çoxmərtəbəli yaşayış binalarının girişlərində və liftlərində koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görülmüş və dezinfeksiya işləri aparılmışdır. Bu işlər mütəmadi olaraq davam etdirilir.
      Həmçinin, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür.
      Belə ki, əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma ilə bağlı rayon ərazisində fəaliyyət göstərən bankların rayon filiallarına, restoranlara, ərzaq mağazalarına və digər iaşə müəssələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılmış və həmin obyektlərə koronavirus (COVİD-19) infeksiyasından qorunmağın qaydaları barədə çap materialları paylanılmışdır.
 

 

 

 

Keçidlər