Xəzər rayonunda Xocalı soyqırımının 28-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.
25 fevral 2020 -ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “26 fevral-Xocalı soyqırımı”nın 28-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısının I müavini, RİH başçısı Aparatrının şöbə müdirləri,əməkdaşları, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Daha sonra Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayonun 234 № li tam orta məktəbin şagirdləri tərəfindən fevralın 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinin başına gətirilən, insanlığa sığmayan hadisələri əks etdirən “Xocalı harayı” adlı kompozisiya nümayiş etdirilmişdir.