Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair Şura iclası keçirilib

21 fevral 2020 | 16:00

    21 fevral 2020-ci il tarixində Xəzər rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair Şura iclası keçirilib.
  Mərdəkan Mədəniyyət Sarayında rayon ictimaiyyətinin iştirakı ilə keçirilən Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilatlar məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısının müavinləri, Şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
  Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
  Sonra qonaqlar mədəniyyət mərkəzinin foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendlə və  Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izləyiblər.
  Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Şura sədri Elşən Salahov 13 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə ölkə başçısının ötən ilin uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini, Azərbaycanın sabitlik şəraitində yaşadığını vurğuladığını qeyd edib.
   Elşən Salahov ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Xəzər rayonunda da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Xəzər rayonunda da uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin və  Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın  rayona hər gəlişinin Xəzər rayonunun həyatında əlamətdar hadisəyə çevrildiyini bildirib.
  Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilatlar məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov dövlət başçısının apardığı genişmiqyaslı islahatlardan danışmış və bu islahatlar nəticəsində dövlətimizin daha da güclü dövlətə çevrildiyini vurğulayıb.
  YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, 2 saylı Bakı “DOST Mərkəzi”-nin direktoru Seymur Alıyev, Xəzər  rayon Su-kanal İdarəsinin rəisi Mübariz Nəsirov , Bakı regional Qaz İstismar Departamentinin Xəzər rayonu üzrə Texniki İstismar Xidmətinin rəisi Tofiq Əliyev, 181 saylı orta məktəbin direktoru Nazilə Məmmədova, və “Binə-Aqr” şirkətinin direktoru Rəşad Mailov hesabat məruzəsi ətrafında çıxışlar edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu söyləyib və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
   Tədbirdə Xəzər rayonunun sosial-iqtisadi və ictimai həyatında fərqlənən bir qrup şəxslərə Fəxri Fərmanlar, müxtəlif hədiyyələr verilib və Xəzər Rayon İcra Hakimiyyətində 2 aylıq təcrübə müddətlərini uğurla başa vurmuş gənc könüllüyə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sertifikat təqdim edilib.
   Şura iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar və yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
  Sonda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov yekun nitqi söyləyərək Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətdə 2019-cu ildə görülən işlərin bu ildə də uğurla davam etdiriləcəyini vurğulayıb.

 

 

 

 

 

 

Keçidlər