Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

20 fevral 2020 | 02:00

      19 fevral 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun növbəti səyyar qəbul-görüşü rayonun Mərdəkan qəsəbəsinin sakinlər ilə keçirilib.
   Səyyar görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri, Mərdəkan  qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
  Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda, xüsusilə Mərdəkan qəsəbəsində həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, işləri barədə sakinlərə geniş məlumat verib.
     RİH başçısı E.Salahov hazırda Mərdəkan qəsəbəsində qəsəbədaxili yolların asfaltlanması, içməli su xətlərinin çəkilməsi, mərkəzi küçə və prospektlərin abadlaşdırılması və işıqlandırılması sahəsində əməli işlərin görüldüyünü, təkçə Mərdəkan qəsəbəsində ötən bir il ərzində 7600 p/m içməli su xəttinin, 65100 kv metr asfalt və 4935 p/m qaz xəttlərinin çəkildiyini sakinlərin diqqətinə çatdırdı.
     Həmçinin ötən il ərzində Mərdəkan-Qala avtomobil yolunun istifadəyə verilməsi və yolun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  iştirak etməsi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rayonumuza səfəri zamanı Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olması və hər iki korpusda əsaslı təmir işlərinin aparılması istiqamətində verdiyi tapşırıqlar barədə sakinlərə məlumat verdi.Hazırda qeyd olunan məktəblərdə əsaslı şəkildə işlərə başlanılmış və tikinti işləri sürətlə davam etməkdədir.  Bundan əlavə ötən il  2-ci dünya müharibəsində həlak olanların xatirəsinə salınmış 1941-1945  parkında da əsaslı yenidən qurma işlərinə başlanmış və bu istiqamətdə işlərin davam etdiyini sakinlərin diqqətə çatdırdı .
    E.Salahov bütün qeyd olunan sahələr üzrə işlərin bundan sonrada davam edəcəyini bildirərək, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
   Qəbulda səslənən müraciətlər,təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
    Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

Keçidlər