Xəzər rayonunun Şağan qəsəbəsində avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir
Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin icrasına başlanılıb.
Belə ki, avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Azəravtoyol ASC tərəfindən Şağan qəsəbəsinin Nüsrət Məmmədov küçəsində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 1500 metr olan yolun, 200 metr hissəsinə asfalt örtüyü salınmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.