Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2 Fevral Gənclər Günü və 2020-ci il “Könüllülər ili” münasibətilə bayram tədbiri keçirilib

31 yanvar 2020 | 16:00

      31 yanvar 2020-ci il tarixində  Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Gənclər və İdman İdarəsinin, Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Şağan mədəniyyət Evində 2020-ci il “Könüllülər ili” və 2 Fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.
       Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Gənclər və İdman Nazirinin müşaviri İsrafil Cəfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Rayon Gənclər Evinin direktoru İnarə Eyyubova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının  şöbə müdirləri, Xəzər RİH-də fəaliyyət göstərən könüllülər və rayonun ictimai-siyasi , mədəni həyatında fəallığı ilə seçilən gənclər  iştirak ediblər.
        Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək 2 Fevral - Gənclər Günü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan etməsi münasibətilə rayon gənclərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. E.Salahov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini  bildirib və bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. E.Salahov məmçinin vurğulayıb ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlət başçısının Sərəncamı son dövrlərdə könüllülük hərəkatının geniş vüsət alması işinə güclü təkan verəcək.
          Tədbirdə çıxış edən YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov qeyd etdi ki, ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır. Bu gün Azərbaycan gəncləri Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur.
        Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gəncə Fəxri Fərmanlar və Xəzər rayonunda 2 aylıq təcrübə müddətini uğurla başa vuran könüllülərə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.   
       Tədbir incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam edib.

 

 

 

 

 

Keçidlər