Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib

29 yanvar 2020 | 16:00

      29 yanvar 2020-ci il tarixində əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsinin Rasim İmanov 3, 3a, 4, Mustafa Subhi 2 ünvanlarında və 8 Mart küçəsində  yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif  Dövlət  proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi, rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb və onları narahat edən problemlərin qaldırılmasını bildirib.
      Qəbulda iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlaşması, içməli su və kanalizasiya xəttlərinin çəkilişi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib, onların həlli nəzarətə götürülüb.
       Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər