Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

28 yanvar 2020 | 16:00

   28 yanvar 2020-ci il tarixində Şüvəlan qəsəbəsində yerləşən Gənclər Evində  Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
   Hesabat yığıncağında  Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Elşən Qurbanov, RİH Başçısı Aparatının şöbə müdirləri, qəsəbənin təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak edirdilər.
   Yığıncağı  giriş  sözü ilə açan Xəzər RİH başçısının birinci müavini E.Qurbanov rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və ötən il ərzində qəsəbədə görülmüş işlər barədə ümumi məlumat verdi.
   Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Axundov və Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov 2019-cu il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdilər.
  Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər.

Keçidlər