Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsi, Ramana yaşayış massivinin sakinlərilə səyyar qəbul - görüşü keçirildi

22 yanvar 2020 | 16:00

  22 yanvar 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsi, Ramana yaşayış massivinin sakinlərilə səyyar qəbul - görüşü keçirildi.
     Səyyar  görüşdə RİH  başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və yaşayış massivinin sakinləri iştirak etdilər.
   Görüşdə Xəzər RİH-nin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və Sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı.Həmçinin,Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif  Dövlət  proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən danışıb və onların problemlərini dinləyib.
     Qəsəbə sakinləri küçələrin asfaltlanması, kanalizasiya, içməli su xətlərinin çəkilməsi, qurund sularının qarşısının alınması və digər sosial problemlərlə bağlı müraciətlər etdilər. İcra başçısı görüşdə səsləndirilmiş müraciətlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verdi və müəyyən vaxt, vəsait tələb edən digər məsələlərin isə həlli yollarının araşdırılacağını və müvafiq qaydada köməklik göstəriləcəyini sakinlərə bildirdi.
     Sonda qəbulda iştirak edən sakinlər görülən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər