Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
21 yanvar 2020-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısının birinci müavini, Elşən Qurbanov, RİH Başçısı yanında Şura üzvü Asif Abbasov, RİH Başçısı Aparatının şöbə müdirləri, rayon üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapması barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədri Sabir Dadaşov 2019-cu il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdilər.
Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər.
Sakinlərin müraciət və təklifləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.