Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunmuşdur

17 yanvar 2020 | 16:00

       17 yanvar 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə "Azadlığa gedən yol" adlı anım mərasimi keçirilmişdir.
    Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri N.Əhmədov, RİH Başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri və  rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
       Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşdular.
     20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir 26 № li tam orta məktəbin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır.
      Sonra, şagirdlər tərəfindən o qanlı yanvar gecəsində vətənin, xalqın kimliyinin, mənliyinin müdafiəsi yolunda canlarını qurban verən oğul və qızlarımızın xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilmişdir.

 

Keçidlər