Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sakinlərlə növbəti səyyar görüşü Zirə qəsəbəsində keçirilib

10 yanvar 2020 | 16:00

     10 yanvar 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sakinlərlə növbəti səyyar görüşü Zirə qəsəbəsində keçirilib.
     Səyyar görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov çıxış edərək, əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq mütəmadi olaraq yerlərdə sakinlərlə səyyar-qəbul görüşlərinin keçirildiyini vurğulayaraq, 2020-ci ildə ilk görüşün Zirə qəsəbəsinin sakinləri ilə keçirildiyini bildirdi.
    E.Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
     Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
       Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər