Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə 6 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün internat məktəbində bayram şənliyi keçirilmişdir.

29 dekabr 2019 | 16:00

  29 dekabr 2019-cu il tarixində,Türkan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 № li xüsusi internat məktəbində Xəzər RİH-nin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə internat məktəbinin şagirdləri üçün şənlik keçirilmişdir.
    Tədbirdə RİH başçısının I müavini Elşən Qurbanov, Başçının müavini Lalə Əhmədova, Təhsil Nazirinin müşaviri Nigar xanım Bağırlı, Təhsil Nazirliyinin De-İnstitutlaşdırma İdarəsinin rəisi Məlahət xanım Hacıyeva, xeyriyyəçi Nuran Hüseynov, Xəzər RİH Aparatının əməkdaşları iştirak etmişdir.
     Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Yaqut Museyibli sonra sözü gələn qonaqlara vermişdir. Xəzər RİH Başçısının I müavini E. Qurbanov çıxış edərək, tədbir iştirakçılarını Xəzər RİH başçısı cənab Elşən Salahovun adından salamlamış, onları  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2020-ci il münasibətilə təbrik etmişdir. Sonra isə tədbir internat məktəbinin şagirdləri tərəfindən hazırlanmış səhnəcik, şeir və mahnılarla davam etdirilmişdir. Şaxta Baba və Qar qız tədbidrə bayram ab-havası yaradaraq, internatda təhsil alan uşaqları və qonaqları şənləndirmişdir.
     Bayram münasibətilə Xəzər RİH tərəfindən internat məktəbinin şagirdləri üçün bayram süfrəsi açılmış, 150 uşağa yeni il hədiyyələri təqdim olunmuşdur.

 

 

Keçidlər