Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2013-cu ilin I yarimilinin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.

23 iyul 2013 | 15:00

 

    2013-cü il iyul ayının 25-də Xəzər rayon İcra Hakimiyyətində rayonun idarə-müəssisə rəhbərlərinin iştirakı ilə Xəzər rayonunda 2013-cü ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.
      18 iyul 2013-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cu ilin 1-ci yarımilində ölkənin  sosial-iqtisadi  inkişafının yekunlarına həsr edilmiş iclasında  ölkə başcısı qeyd etmişdir ki, ötən dövrdə Azərbaycanda umumi daxili məhsul 5  faiz, qeyri neft sektorunun inkişafı 11 faiz, əhalinin pul gəlirləri 7 faiz, kənd təsərrüfatında 5  faiz artmışdır.İşsizliyin səviyyəsi azalmış, yoxsullugun səviyyəsi  10 faizdən  aşagı olmuşdur. İnfilyasiya bir rəqəmli səviyyədə qalmışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
       Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
      Buzovna-Şagan-Mərdəkan-Şüvəlan və Qala-Pirallahi  magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Fərmana müvafiq olaraq işlər davam etdirilir.
      Hesabat dövrundə rayonun qəsəbələrində asfalt yolların əsaslı və cari təmiri işləri görülmüşdür.Gürgan qəsəbəsində 12 min kv.m, Buzovna qəsəbəsində 42 min 600 kv.m, Şüvəlan qəsəbəsində 38 min kv.m,Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6 km, Qala-Pirallahı magistral yolunda 10 km, Şüvəlan mərkəzi Almaz İldırım küçəsində 17 min kv.m asfalt işi görülmüşdür. Umumilikdə rayon üzrə keçən dövrdə İcra hakimiyyəti tərəfindən 13 km, dovlət proqramı çərçivəsində isə 19,3 km olmaqla cəmi 32,3 km yeni asfalt örtüyü salınmışdır.
     Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2013-cü ilin 6 ayı ərzində 57 min 620 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 19089 min ton içməli su daşınmışdır. Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 2901 ton cirkab maye daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində müvafiq işlər görülmüşdür. Rayonun 9 qəsəbəsində cari dövrdə 311 min 376 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilmişdir
      Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 89,2 % , abonentlərin ödənişdə  iştirakı 79,2 faiz, abonentlərin saygaclaşması isə 96 faiz təşkil etmişdir.
      Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 13 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 50 ədəd cərəyan transformatoru və 9 ədəd güc transformatoru dəyişdirilmiş, 371 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub,  18036 metr naqil , 19 min 40 metr kabel  çəkilmişdir.
      Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 96,2 faiz, abonentlərin ödənişdə iştirakı 68,8% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
      Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə dövlət proqramı çərçivəsində 12 min 850 paqon metr su xətti, 5550 paqon metr məhəllədaxili su xətləri çəkilmiş,  müxtəlif ölçülü 362 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş, bunun da 109 paqon metri binaların zirzəmisində olan istismara tam yararsız vəziyyətdə olan su xətlərinin yenisi ilə əvəz edilməsinə sərf edilmişdir. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 35 ədəd su   nasosları quraşdırılmış, 62 ədəd su nasosu təmir edilmiş, 75  ədəd su quyusunda təmir işləri aparılmışdır.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə 9400 paqon metr kanalizasiya xətti , 366 ədəd baxış quyusu(lyuk), 23 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmiş, 176 paqon metr çürümüş hissələr yeni borularla əvəz edilərək dəyişdirilmişdir . 11 min 690 paqon metr kanalizasiya xətləri mexaniki usulla , 3490 paqon metri isə maşınla yuyulmuş, 18 ədəd baxış quyuları(lyuk) təmir edilmiş və 9 ədədi dəyişdirilmişdir. 2052  halda kanalizasiya xətlərində baş vermiş qəzalı  axıntının qarşısı alınmışdır.
Hesabat dövründə əhaliyə  201,7 manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 292,6 min manat yıgım aparılaraq ödənişə 145 faiz nail olunmuş, abonentlərin ödənişdə iştirakı 37 faiz, saygaclaşma isə  37,8 faiz olmuşdur.
     Təhsil sahəsi üzrə  Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində  Buzovna qəsəbəsində 26 nomrəli məktəb üçün 40 sinifli 800 yerlik, 125 nömrəli məktəb üçün 35 sinifli 760 yerlik,  206 nomrəli məktəb üçün 6 sinifli 120 yerlik, Binə qəsəbəsində 121 nomrəli məktəb üçün 20 sinifli 400 yerlik, Qala qəsəbəsində 185 nömrəli məktəb üçün 42 sinifli 840 yerlik yeni əlavə korpusların tikintisi davam etdirilir.  Buzovna qəsəbəsində 289 saylı uşaq bagçasının əsaslı təmiri, 246 saylı və Binə qəsəbəsində 285 saylı uşaq bagçalarının yenidən qurulması davam etdirilir. Hazırda 2 nömrəli xususi internat məktəbinin yeni korpusunun və Türkan qəsəbəsində yeni uşaq bagçasının tikintisi davam etdirilir.
2012/2013-cu tədris ilində rayon üzrə  orta məktəbi bitirmiş 1302 şagird, o cumlədən kecən ildən qalan 51 şagird olmaqla cəmi 1353 nəfər atestat almış, müvəffəqiyyət faizi 100 %  olmuşdur.
Əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə həyata keçirilməsinə ötən dövrdə də xüsusi diqqət göstərilmiş, vətəndaşlara nümünəvi xidmət  məqsədilə tibb müəssisələrinin maddi texniki bazası xeyli genişləndirilmişdir.
      Səhiyyə sahəsi  üzrə 26 saylı Birləşmiş şəhər xəstəxanalarının, 35 saylı Uşaq Kardioloji sanatoriyasının və 36 saylı Pulmanoloji uşaq sanatoriyasının əsaslı təmiri başa çatdırılmış , avadanlıq və inventarlarala təchiz olunaraq istifadəyə verilmişdir. Buzovna qəsəbəsində Respublika Uşaq sanatoriyasının əsaslı təmiri, Proffessor Gindes adına Uşaq sanatotiyasının və 7 nomrəli Agciyər xəstəxanası üçün əlavə korpusların tikintisı, Buzovna Uşaq reabilitasiya mərkəzinin və Türkan qəsəbəsində Diaqnostika Mərkəzinin tikintisi davam etdirilir.
     Mədəniyyət sahəsi üzrə Buzovna qəsəbəsində Mədəniyyət evi tamamilə təmirə yararsız oldugu üçün sökülərək yeni binanin tikintisinə başlanmış, 4 saylı Uşaq incəsənət məktəbinin akt zalının tikintisi  hazırda  davam etdirilir.
    Gənclər və İdman sahəsi üzrə hesabat dövründə  Dövlət Proqramına müvafiq olaraq Şüvəlan qəsəbəsində 3 mərtəbəli Gənclər Evinin tikintisi davam etdirilir.
      2013-cu ilin 6 ayı ərzində Sosial Müdafiə Fondu tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 19.199,2 min manat təşkil etmiş, 18.089 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmişdir, Onlardan yaşa görə  12.679  nəfər, əlilliyə görə 4123 nəfər, ailə başçısının itirməsinə görə 1490 nəfər  pensiyaçıya vəsait ödənilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 1339 ailə müraciət etmişdir ki, bunlardan 1313 ailənin sənədləri qeydiyyata alınmış və  onlardan 1240 nəfərə müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2731 ailəyə 328.500 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq mərkəzinə 666 nəfər işaxtaran vətəndaş  müraciət etmişdir. Onlardan  339 nəfəri gənc, 20 nəfəri sərbəstləşmə ilə işini itirənlər, 141 nəfəri kadr  axıcılığı ilə işdən azad olunanlar, 30 nəfəri hərbi xidmətdən tərxis olunanlar,  140 nəfəri  məcburi köçkün və qaçqınlar, 9 nəfəri cəzacəkmə yerlərindən azad olunanlardır.
      Hesabat dövrü ərzində  Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 204 nəfəri münasib işlə təmin  edilmişdir ki, onlardan 83 nəfəri dövlət və bələdiyyə, 121 nəfər xüsusi  mülkiyyət və fiziki şəxslərdə işə düzəlmişlər. İşlə təmin olunmuş  204 nəfərdən 15 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 11 nəfəri kvota üzrə işə düzəlmişlər.
      2013-cu ilin 6 ayı ərzində Xəzər RİH Aparatına 1565 ərizə, şikayət və müraciət və 1062 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 1565 ərizə və muraciətdən 482 ərizə musbət həll edilmiş, 1 ərizə əsassız sayılmış, 1 ərizə qismən həll edilmiş, 1 ərizə aidiyyatı üzrə göndərilmiş, 984 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 96 ərizə  isə icraatdadır.
      Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 45 nəfər vətəndaş olmuşdur. Maddi köməklik edilməsi ilə  əlaqədar  3 nəfər aztəminatlı vətəndaşa    maddi yardım göstərilmişdir.
2013-cü ilin 6 ayı ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 12 səyyar qəbul keçirilmiş, 824 nəfər iştirak etmiş və 42 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya , ictimai nəqliyyat problemləri və magistral yollarda piyada kecidi məsələləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
     2013-cu il Prezident seçkiləri ilə  bağlı, məntəqə seçki  komissiyalarının normal iş  şəraitində fəaliyyət göstərmələri üçün müvafiq tədbirlər həyata keçirilmiş,  məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilmiş, seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsinə ciddi hazırlıq işləri görülmüşdür.            
     Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.  
     Daha sonra Rayon Statistika Idarəsinin rəisi Təranə Babayeva, Qaz İstismar İdarəsinin rəisi Müşviq Gülalıyev, Su Kanal Departamentinin rəisi Mübariz Nəsirov hesabat məruzələriylə çıxış etdilər.

Keçidlər