Xəzər Rayon İcra Hakimiyyətinin başçısı rayonun Mərdəkan və Zirə qəsəbələrində yaşayan şəhid ailələrini ziyarət etmişdir
26 dekabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və Şuranın bir qrup üzvləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonun Mərdəkan və Zirə qəsəbələrində yaşayan şəhid ailələrini ziyarət etmişdilər.
Görüşdə RİH başçısı Elşən Salahov çıxış edərək onların məişət problemləri ilə maraqlanıb, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə Dövlət başçımız və Birinci vitse-prezident tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini, hər zaman lazımi dəstək və köməkliyin göstərildiyini qeyd etmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdilər.
Görüşün sonunda şəhid ailələrinə bayram sovqatı təqdim olunmuşdur.