Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Diaqnostika Mərkəzi Xəzər rayonunun Buzovna qəsəbəsində ödənişsiz tibbi müayinə kampaniyası keçirib

15 dekabr 2019 | 16:00

   Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən Buzovna qəsəbəsində fəaliyyət göstərən 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında ödənişsiz müayinə kampaniyası həyata keçirilib. Bu kampaniya sayəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindən olan 150-yə yaxın sakin Respublika Diaqnostika Mərkəzinin təcrübəli həkimləri tərəfindən müayinə olunublar.

   15 dekabr tarixində keçirilən kampaniya çərçivəsində müayinə olunan xeyli sayda insana müraciət etdiyi problemə əsasən nevropatoloq, pediatr, kardioloq, ginekoloq  və ultrasəs müayinə mütəxəssisi tərəfindən ilkin diaqnoz qoyulub.

   Kampaniyanı "RDM ilə sağlam yaşama vərdiş et!" şüarı ilə reallaşdıran Respublika Diaqnostika Mərkəzinin tibbi personalı beynəlxalq səviyyədə əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin təcrübəyə malik heyətdən ibarətdir.
   Respublika Diaqnostika Mərkəzi bu kampaniya ilə kifayətlənməyəcəyini və bundan sonra tez-tez bu tip aksiyaları həyata keçirəcəyini açıqlayıb.


 

Keçidlər