Xəzər rayonunda 5 dekabr - “Beynəlxalq Könüllülər Günü” münasibətilə keçirilən "Azərbaycan Könüllülük Həftəsi"nə yekun vuruldu
Birləşmiş Millətlər Təşkilatının Qətnaməsinə uyğun olaraq 1985-ci ildən etibarən hər il 5 dekabr tarixi Ümumdünya Könüllülər Günü kimi qeyd olunur.
Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2019-cu ilin 1-9 dekabr tarixlərində "Azərbaycan Könüllülük Həftəsi" keçirilməsi palanlaşdırılmışdır.
"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq həftə ərzində müxtəlif tədbirlər keçirilmişdir.
Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 dekabr 2019-cu il tarixində Xəzər Rayon Gənclər Evində Xəzər könüllülər arasında tenis yarışı keçirilmiş, 2 dekabr 2019-cu il tarixində Könüllülərin Xəzər Rayon Məşğulluq Mərkəzinə bir günlük ekskursiyası təşkil olunmuş və Xəzər Rayon İcra Hakimiyyətində 2 aylıq Könüllülük proqramını uğurla başa vurmuş gənclərin gələcəkdə işlə təmin olunması məqsədilə Xəzər Rayon Məşğulluq Mərkəzində olan mövcud vakansiyalarla tanışlıq imkanı yaradılmış, 3 dekabr 2019-cu il tarixində Könüllülərin Xəzər Rayon Gənclər Evinə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xəzər rayonu üzrə nümayəndəliyinə (KOB Dostu) ofisinə ekskursiyaları təşkil olunmuş və 40 nəfərin iştirakı ilə “Gənclər arasında könüllülyün təbliği və inkişafı” adlı tədbir keçirilmişdir.
Sonda “Beynəlxalq Könüllülər Günü” münasibətilə 5 dekabr 2019-cu il tarixində Şağan Mədəniyyət Evində konsert proqramı və “Səndə könüllü ol” adlı rəsm sərgisi keçirilərək Xəzər rayonunda "Azərbaycan Könüllülük Həftəsi"nə yekun vurulmuşdur.