8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Xəzər rayonunda bayram tədbiri keçirilib
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 07 mart 2024-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan bayram tədbirində Ulu öndər Heydər Əliyev və vətənimizin suvrenliyi uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra RİH başçısı Elşən Salahov tədbir iştirakçılarını salamlayaraq bu gözəl gün münasibəti ilə şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində qadınların əvəzsiz rolundan danışan E.Salahov, Vətən Müharibəsi dövründə gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyinin danılmaz olduğunu vurğulamışdır.
Çıxış edən digər qonaqlar da, “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün qadınları təbrik edib, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər. Natiqlər dövlətimiz tərəfindən qadınlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək çıxışlarını yekunlaşdırıblar.
Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bir qrup tədbir iştirakçısı Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, onlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.