Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Qala qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

04 dekabr 2019 | 16:00

   4 dekabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
    Səyyar görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri, Qala  qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.
      Görüşü Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
      Qəbulda iştirak edən sakinlər qəsəbədaxili yolların asfaltlanması, içməli su və kanalizasiya xəttlərinin çəkilişi və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
      Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
       Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər