Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirilib

27 noyabr 2019 | 16:00

     27 noyabr 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun rayonun Buzovna qəsəbəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
      Xəzər RİH başçısının müavinlərinin, RİH başçısı Aparatının şöbə müdirlərinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirak etdiyi qəbulda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Xəzər rayonunda da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.
    Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
     Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Buzovna qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.


 

Keçidlər