Xəzər rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli İcra Hakimiyyətləri və özünüidarəetmə orqanlarının birgə fəailiyyəti” mövzusunda tədbir keçirilmişdir
26 noyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Baki Regional Mərkəzinin birgə təşkilatçiliği ilə “Yanğin təhlükəsizliyinin təmin olunmasinda FHN, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarinin birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Müşavirədə RİH Başçısının I müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanov, FH Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, RİH Başçısı Aparatının şöbə müdirləri, rayonda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı birliklərinin rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri E. Qurbanov Xəzər rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
Daha sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Xəzər rayon FH və MM şöbəsinin rəisi mayor Vüsal Fətullayev, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin mühəndis mühafizəsi şöbəsinin rəisi, kapitan Tural Rəhimli, Bakı Regional Mərkəzinin Əhali və ərazilərin radiasiya,kimya və tibbi bioloji mühafizəsi şöbəsinin rəisi, polkovnik-leytenant Fuad Abdurəşidov,FHN –nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov, Xəzər rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini, mayor Elxan Əzizov, Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Baş mühəndisi Ədalət Muradov, rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi Rasim Əhmədov, rayon Polis İdarəsinin əməkdaşı, mayor Mirrəvan Ağayev, 10 nömrəli Təcili Tibbi Yardım bölməsinin Baş həkiminin müavini Məharət Bayramov mövzu ətrafında hesabat xarakterli çıxışlar etdilər.
Tədbirin sonunda müşavirədə iştirak edən idarə və müəssisə rəhbərlərinə, inzibati ərazi vahidliklərinin nümayəndələrinə, bələdiyyələrə yanğın təhlükəsizliyi ilə bağlı lazımi məlumatlar verilmişdir.