Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirilib
20 noyabr 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbəsinin sakinləri ilə RİH-nin məsul şəxsləri, Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binə bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Keçirilən səyyar görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini və keçirilən səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradıldığını bildirib.
Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər Xəzər rayonunun, bütün kənd və qəsəbələrdə olduğu kimi Binə qəsəbəsindədə görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.