Şriftin ölçüsü :

Saytın rəngi :

Polşa nümayəndə heyətinin Xəzər rayonuna növbəti səfəri olmuşdur

20 iyun 2013 | 15:00

 

Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin təşəbbüsü ilə  Ümummilli Lider  Heydər Əliyevin 90  illik yubileyi münasibətilə Xəzər rayon  nümayəndə heyətinin  iştirakı ilə 12-18 may tarixlərində   Polşanın Nadajın şəhərində  silsilə  tədbirlər  keçirilmişdir. Səfər proqramı çərçivəsində 16 may  2013-cü il tarixində Xəzər   rayon nümayəndə heyəti ilə Nadajın şəhəri II İohan Pavel adına  Gimnaziya rəhbərliyi arasında şagird və müəllim  heyətinin mübadiləsinə dair danışıqlar  aparılmış və  razılığa gəlinmişdir.
     Bununla əlaqədar olaraq Nadajın şəhəri II İohan Pavel adına Gimnaziyanın 16-23 iyun 2013-cü  il tarixlərində 11 şagird və 3 müəllim olmaqla 14 nəfərlik  nümayəndə  heyəti  Xəzər rayonuna  səfər etmişdir.
     Şagirdlərə bir  həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanda polyak  izləri, Azərbaycanın tarixi abidələri,  Azərbaycan ailəsi  və.s. mövzular haqqında məlumat veriləcək və gəzintilər təşkil olunacaqdır.
        Azərbaycan şagirdlərinin Polşaya  səfəri isə 2013-cü ilin avqust ayında  nəzərdə tutulur.

Keçidlər