Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə səfər edəcək şagirdlərlə görüş keçirilmişdir

12 noyabr 2019 | 16:00

    12 noyabr 2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə səfər edəcək şagirdlər, onların valideynləri və məktəb direktorları ilə görüş keçirilmişdir. Görüşdə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Başçının müavini Vüqar Novruzov, Gənclər və İdman İdarəsinin rəisi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan RİH başçısı Elşən Salahov cənab Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici aksiyanın uşaqların dünyagörüşünün formalaşmasında müsbət əhəmiyyət kəsb etdiyini bildirmişdir.
    Sonra çıxış üçün söz YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimova verilmişdir. Onlarda öz növbəsində səfərlə bağlı uşaqlara tövsiyyələrini vermiş, onlara uğurlu yol arzulamışlar. 322 nömrəli tam orta məktəbin direktoru Mürvət Mirzəyev,  149 №-li tam orta məktəbin şagirdi  Sevinc Cabbarzadənin valideyni Rəvanə Cabbarova,  124 nömrəli məktəbin X sinif şagirdi Nemət Mahmudov çıxış edərək yaradılan şəraitə,  şagirdlərə göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyi cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını çatdırmış, qədim Gəncə şəhərinə səfər etdikləri üçün şagirdlərin çox xoşbəxt olduqlarını bildirmişlər. Çıxışlardan sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
     Tədbir Mərdəkan Mədəniyyət Sarayının rəqs ansamblının və 156 №-li tam orta məktəbin şagirdlərinin çıxışı ilə yekunlaşdırılmışdır.

Keçidlər