Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi

08 noyabr 2019 | 16:00

      08  noyabr  2019-cu il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə  RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görüşü açıq elan edərək Azərbaycan    Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində, xüsusilə Xəzər rayonunda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı. Həmçinin,Zirə qəsəbəsində aparılan işlər barədə qəsəbə sakinlərinə məlumat verdi.
     Qəsəbə sakinləri qəsəbədaxili küçələrin asfaltlanması, işıqlandırılması, içməli su xətlərinin çəkilməsi və digər sosial problemlərlə bağlı müraciətlər etdilər. İcra başçısı görüşdə səsləndirilmiş müraciətlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verdi. Müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin isə həlli yollarının araşdırılacağını, və müvafiq qaydada köməklik göstəriləcəyini sakinlərə bildirdi.
   Sonda qəbulda iştirak edən sakinlər rayonda görülən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

Keçidlər