Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir

01 noyabr 2019 | 16:00

    01 noyabr 2019-cu il tarixdə Mərdəkan Mədəniyyət Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir. 

 Tədbirdə Xəzər RİH Başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti - Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər rayon Bölməsinin sədri Arif Buzovnalı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Yazıçılar Birliyinin Cənub bölməsinin müdiri Sayman Aruz, RİH Başçısının müavinləri və Aparatın əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
    Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin İmadəddin Nəsimi yaradıcılığına həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Sonra Yazıçılar Birliyinin Xəzər rayon Bölməsinin sədri Arif Buzovnalı tədbiri açaraq,  Nəsimi yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Qonaqlar İlqar Fəhmi və Sayman Aruz mövzu ətrafında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndiriblər. Nəsimi dühasına həsr olunan bədii gecədə xanəndə Məmməd Nəcəfov və Zeynəb Nəcəfova böyük şairin qəzəllərindən ibarət muğamlar ifa etmişlər. Tədbirin sonunda Xəzər RİH Başçısı cənab Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə tərəfindən qonaqlara Xəzər RİH Başçısının               
   Fəxri Fərmanları təqdim olunmuşdur.

 

Keçidlər