Xəzər rayonunda 15 İyun – Milli Qurtuluş günü qeyd olunmuşdur
2013-ci il iyun ayının 14-də Xəzər rayonunda 15 iyun-Milli Qurtuluş günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı cənab G.İslamov, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayevlə yanaşı Xəzər rayon İdarə və müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbir Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlamışdır. Gülqoyma mərasimindən sonra tədbir Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında davam etdirilmişdir.
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışından sonra çıxış üçün söz Tarixçı, rayon Ziyalılar cəmiyyətinin sədri Təvəkkül Səlimova verilmişdir.
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Xəzər rayonunda geniş şəkildə qeyd olunmuşdur
Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. XX əsrdə xalqımızın yetirdiyi fenomen şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır.
Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğ prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Xalqın mənəvi dünyasına sonsuz qayğı və məhəbbətlə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin qayıdışını qırılmaz zərurət kimi irəli sürən obyektiv tarix, eyni məntiqlə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasətin uzun müddət yaşamasının yeni tarixin yeni zərurətinə çevirmək hökmünü vermişdi. Bu zəruri siyasəti yaşadan, yüksəldən, zənginləşdirən və dünyaya təqdim edən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Daha sonra 26 saylı orta məktəbin tarix müəllimi Rəvanə Şahgəldiyevanın, H.Z.Tağıyev adına NQÇİ-nin rəis müavini Azər Dəvəlinin və Fövqaladə Hallar Nazirliyinin 9922 saylı Hərbi Hissəsinin komandir müavini Əfqan Zahirovun çıxışları dinlənilmişdir